Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları qəbul edib

13 mart 2023 | 15:35

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər qəbul edilib.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov yerli sakinləri qurumun inzibati binasında qəbul edib. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan üzləşdikləri problemlər bərədə məlumat verməyi xahiş etdi. Növbə ilə söz alan Yasamal rayonunun sakinləri rayon üzrə qeydiyyat, sahibkarlıq fəaliyyəti, mülkiyyətin qiymətləndirilməsi, istismar müddəti bitmiş yaşayış evlərinin söküntüsü, qonşular arasında mübahisələr, fərdi tikinti və bir sıra sosial xarakterli məsələlər qaldırdılar.

İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək, onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra göstərişlər verdi. Rayon İcra Hakimiyyətinin başçısı sakinlərin suallarına ətraflı cavablar verdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.

Keçidlər