Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı və millət vəkili ərazidə sakinlərlə görüşüblər

25 may 2023 | 18:53

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti səyyar görüş keçirilib. Sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Ülvi Quliyev rayon bələdiyyəsinin inzibati binasında vətəndaşlarla görüşüblər. Görüşdə Yasamal rayonunun sakinləri, həmçinin rayon icra hakimiyyətinin məsul şəxsləri, Yasamal bələdiyyəsinin, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.Sakinləri salamlayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov  “Heydər Əliyev ili” çərçivəsində rayonda görülən iş və həyata keçirilən silsilə tədbirlər barədə geniş məlumat verdi. Daha sonra isə sakinlərdən qarşılaşdıqları problemlər barədə ətraflı danışmağı xahiş etdi.

Söz alan vətəndaşlar  məşğulluq, yaşayış bina həyətlərinin abadlaşdırılması, yaşlı vətəndaşlar üçün iş yerləri, Birinci Qarabağ müharibəsi veteranlarının evlə təminatı, rayon üzrə qeydiyyat, küçə ticarəti ilə mübarizə, yolların asfaltlanması, ümumi həyətlərdə qonşular arasında məişət mübahisələri, sosial yardım və digər məsələlərlə  bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər.Yasamal rayon sakinləri dövlət başçısı cənab İlham Əliyevə bu cür görüşlərin keçirilməsi tapşırığına və vətəndaşlara diqqətə görə öz minnətdarlğını ifadə etdilər. Qəbulda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına geniş şəkildə cavablar verdi.Bir sıra problemlərin həllinə dair RİH əməkdaşlarına birbaşa göstərişlər verildi.Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənildi, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.

Keçidlər