Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı ərazidə sakinlərlə görüşüb

19 aprel 2023 | 19:01

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti səyyar görüş keçirilib. Sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vətəndaşlarla görüşüb. Səyyar qəbul Yasamal Bələdiyyəsinin inzibati binasında baş tutdu. Görüşdə Yasamal rayonunun sakinləri, həmçinin rayon icra hakimiyyətinin məsul şəxsləri, Yasamal bələdiyyəsinin, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.Sakinləri salamlayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov öncə “Heydər Əliyev ili” çərçivəsində rayonda görülən iş və həyata keçirilən tədbirlər barədə geniş məlumat verdi. Daha sonra isə sakinlərdən qarşılaşdıqları problemlər barədə ətraflı danışmağı xahiş etdi.

Söz alan vətəndaşlar gözdən əlillərin evlə təminatı, qurumuş agacların budanması, maddi yardım, yaşayış binalarının həyətlərində şlaqbaumların quraşdırılması, mənzil növbəsi, yanğın qurbanlarının evlərinin bərpası və təmiri və digər məsələlərlə  bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər. İki saata yaxın davam etmiş qəbulda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına ətraflı şəkildə cavablar verdi.Bir sıra problemlərin həllinə dair göstərişlər verildi.Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənildi, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.

Keçidlər