Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərlə görüşüb

10 may 2022 | 14:49

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraqYasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon sakinlərinin növbəti qrupunu qəbul edib. Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan qəbulda onlarla vətəndaş iştirak edib.Tədbirə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri də qatılıblar.

Qəbulda iştirak edən Yasamal rayonu sakinləri onları narahat edən gündəlik problem və qayğılar barədə söz açıblar. Sakinləri narahat edən ərazi üzrə qeydiyyat, kommunal ödəniş, sosial yardım, əmlak mübahisəsi, köhnə liftlərin yeniləri ilə əvəzlənməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və bir sıra sosial məsələlər oldu.İcra başçısı Elşad Həsənov sakinləri narahat edən bu problemlərlə bağlı onlara ətraflı məlumat verdi. Qəbul zamanı sadalanan problemlərin həlli ilə bağlı İcra başçısı Elşad Həsənov tərəfindən müvafiq struktur rəhbərlərinə tapşırıqlar verildi.

Keçidlər