Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərlə görüş keçirdi

14 aprel 2022 | 17:33

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vətəndaşları narahat edən mövcud problemləri müəyyən edib həll etmək məqsədilə daha bir səyyar qəbul keçirdi.Yasamal rayon sakinlərinin iştirak etdiyi səyyar qəbul 53 saylı tam orta məktəbdə baş tutdu.Tədbiri giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vurğuladı ki, sakinlərlə görüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşlarla mütəmadi təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini bilavasitə dinləmək və çevik şəkildə həll etməkdir.

Qəbul zamanı sakinlərin qaldırdıqları problemlər vəzifəli şəxslərin iştirakı ilə araşdırıldı və onların həlli ilə bağlı konkret tapşırıqlar verildi. Həlli vaxt tələb edən bir sıra digər məsələlər isə nəzarətə götürüldü.Səyyar qəbul zamanı sakinlər əsasən sənədsiz evlər, elektrik enerji təchizatı, mənzil təminatı,agacların budanması, yollaırn asfaltlanması və digər bu kimi məsələlər qaldırdılar.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun rayon sakinləri ilə görüşləri davam edir.

Keçidlər