Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinləri qəbul edib

20 iyun 2022 | 15:35

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bir qrup rayon sakinini RİH-in inzibati binasında qəbul edib.Yasamal sakinlərinin üzləşdikləri problemləri dinləyib həll etmək məqsədilə keçirilən bu görüşdə Yasamal RİH aparatının vəzifəli şəxsləri də iştirak ediblər. Görüşdə iştirak edən Yasamal rayon sakinləri həm fərdi, həm də kollektiv müraciətlər əsasında qəbul edilib. Qəbulda vətəndaşlar məşğulluq, sosial yardım,yaşayış binaları ətrafındakı bağ çəpərləri, MTK-ların fəaliyyəti,qəzalı evlərin və liftlərin təmiri, sənədsiz evlər problemi  və bir sıra sosial məsələlər səsləndirdilər.

İcra başçısı Elşad Həsənov iki saata yaxın davam edən qəbulda sakinləri dinlədi və vətəndaşların suallarına ətraflı şəkildə cavab verdi. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı qaldırılan bir sıra sosial xarakterli problemlərin həllinə dair göstəriş verdi. İcra başçısı həmçinin sənədsiz ev sahiblərinə çıxarışların verilməsi ilə bağlı hüquq şöbəsinə vətəndaşlara ətraflı şəkildə məlumat verməyi  də tapşırdı.Yasamal Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq vətəndaşlarla görüş və qəbulları davam edir.

Keçidlər