Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinləri qəbul edib

13 iyun 2022 | 11:46

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov  rayon sakinlərinin üzləşdikləri problemləri bilavasitə dinləmək üçün bir qrup vətəndaşı qəbul edib. Qəbulda Yasamal RİH aparatının məsul şəxsləri də iştirak ediblər. Görüşdə iştirak edən Yasamal rayon sakinləri həm fərdi, həm də kollektiv müraciətlər əsasında qəbul edilib. Qəbulda vətəndaşlar qəyyumluq məsələləri, ehtiyacı olan şəxslərin dəva-dərmanla təminatı, Sovetski məhəlləsindəki evlərin dövlət ehtiyacları üçün alqı-satqısı və bir sıra sosial məsələlər səsləndirdilər. İcra başçısı Elşad Həsənov üç saata yaxın davam edən qəbulda sakinləri ətraflı şəkildə dinlədi və vətəndaşların bütün suallarına müfəssəl şəkildə cavab verdi. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun göstərişi ilə Sovetski məhəlləsindəki evlərin dövlət ehtiyacları üçün alqı-satqısına dair müvafiq protokollar və arxiv videolar nümayiş etdirildi. Bununla da kompensasiya ilə baglı ixtilaflar tam aradan qaldırıldı.  Yasamal Rayon İcra Hakimiyyətinin başçısı qaldırılan bəzi sosial xarakterli problemlərin dərhal həllinə dair göstəriş verdi. İcra başçısı həmçinin hüquqi səciyyə daşıyan məsələlərə dair hüquq şöbəsinə vətəndaşlara ətraflı şəkildə məlumat verməyi  də tapşırdı.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq vətəndaşlarla görüşləri davam edir.

Keçidlər