Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinləri qəbul edib

06 iyun 2022 | 12:35

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bir qrup rayon sakinini İcra Hakimiyyətinin inzibati binasında qəbul edib. Görüşdə iştirak edən vətəndaşlar həm fərdi, həm də kollektiv müraciətlər əsasında qəbul edilib. Qəbulda iştirak edən Yasamal rayonu sakinləri onları narahat edən problemlər barədə ətraflı söz açdılar.

Qəbulda vətəndaşlar arasında tikinti mübahisələri, tikinti şirkətlərinin fəaliyyətinin yaratdığı narahatçılıqlar və bir sıra sosial məsələlər səsləndirildi. İcra başçısı Elşad Həsənov iki saata yaxın davam edən qəbulda sakinləri diqqətlə dinlədi. İcra başçısı vətəndaşlar arasında tikinti mübahisələrini yoluna qoymaq üçün şəxsən ərazilərə baş çəkəcəyini bildiridi. Bu vəd vətəndaşlar arasında məmnunluqla qarşılandı. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vurğuladı ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq  vətəndaş məmnunluğuna nail olmaq icra hakimiyyəti orqanlarının əsas vəzifələrindən biridir.

Keçidlər