Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlər üçün qəbul keçirib

23 may 2022 | 12:07

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon sakinlərinin növbəti qrupunu qəbul edib. Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan qəbula Rayon İcra Hakimiyyəti başçısı aparatının rəhbər şəxsləri də qatılıblar.

Qəbulda iştirak edən Yasamal rayonu sakinləri onları narahat edən problemlər barədə söz açıblar. Sakinlər mənzil növbəsi, qəzalı evlər, tikinti normaları, dövlət ehtiyacları üçün satın alınan ərazilər və bir sıra sosial məsələlər qaldırdılar. İcra başçısı Elşad Həsənov üç saatdan çox davam edən qəbulda sakinləri dinlədi və onları narahat edən problemlərlə bağlı geniş məlumat verdi. Qaldırılan problemlərin həlli ilə bağlı İcra başçısı Elşad Həsənov tərəfindən müvafiq struktur rəhbərlərinə tapşırıqlar verildi.

Keçidlər