Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyətində sahibkarlarla görüş keçirilib

07 aprel 2023 | 14:42

Bu gün Yasamal Rayon İcra Hakimiyyətində rayon ərazisində fəaliyyət göstərən iş adamları və sahibkarlar ilə görüş keçirilib.Görüşün əvvəlində Ulu Öndər Heydər Əliyev və Vətən Müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giris sözü ilə açan Yasamal Rayon İcra Hakmiyyətinin başısı Elşad Həsənov 2020-ci ildə Azərbaycan xalqının Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müasir tariximizin ən şanlı səhifələrindən birini yazdığını və Vətən Müharibəsi nəticəsində Qarabağın azad edildiyini bildirdi.Qeyd olundu ki, cənab Prezidentin rəhbərliyi ilə qəhrəman gənclərimiz adlarını xalqımızın tarixinə qızıl hərflərlə yazdılar.

Lakin təəssüf ki, müharibə itkisiz olmur. Vətən Müharibəsində xalqımız minlərlə şəhid verdi. Bu şəhidlərin 34 nəfəri Yasamal rayonunda qeydiyyatda olan sakinlərimizdir.Həmçinin Yasamal rayon qeydiyyatında olan 160-dən çox qazi var. Son 3 ildə Yasamal RİH bu ailələrə bütün mümkün  yardımı edib və bu gün də etməkdədir.

İcra başçısı qeyd etdi ki,Azərbaycan dövləti hər zaman özəl sahibkarlığı dəstəkləyib.Ən çətin anlarda hökümət biznesə dəstək olub. İcra başçısı bildirdi ki, bunun müqabilində biznes gərək öz sosial məsuliyyətini dərk etsin.Əhalinin həssas  sosial təbəqə nümayəndələri var və onlar xüsusi diqqət tələb edir. Bu mənada şəhid ailələri və qazilər ən prioritet təbəqədir. Bu gün onlara əl tutmaq dövlətin və cəmiyyətin əsas vəzifələrindəndir.

Qeyd olundu ki, bu gün şəhid ailələri və qaziləri bir sıra problemlər, o cümlədən məşğulluq,mənzil-məişət şəraitinin yaxşılaşdırılması,ailə biznesinə dəstək və digər məsələlər narahat edir.Bu baxımdan özəl biznes öz sosial məsuliyyətini dərk edərək həssas təbəqə nümayəndələrinə dəstək olsa, bundan həm cəmiyyət, həm də biznesin özü qazanar.

Daha sonra tədbir sual-cavab formatında öz işini davam etdirdi və sahibkarlar bu təşəbbüsü dəstəklədiklərini və bu sahədə atılacaq addımları müzakirə etməyə hazır olduqlarını bildirdilər.

Keçidlər