Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon icra hakimiyyətində qazilərlə növbəti görüş keçirilib

19 iyun 2023 | 11:20

Vətən müharibəsi iştirakçılarının problem və qayğılarını operativ şəkildə həll etmək məqsədilə Yasamal Rayon İcra Hakimiyyətində qazilərlə növbəti görüş keçirilib. Tədbirdə Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənov, RİH aparatının məsul əməkdaşları, Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev iştirak ediblər. Görüş Yasamal RİH-in təşkilatçılığı, Haqqın.az saytının təşəbbüsü ilə keçirilib.Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Görüşü giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vurğuladı ki, cənab Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Vətən müharibəsi iştirakçıları ilə işin təşkilinə xüsusi prioritet ayrılır. Bildirildi ki,  Vətən müharibəsi iştirakçılarının problemlərinin həlli hazırda dövlət idarələrinin əsas fəaliyyət istiqamətlərindən biridir. Bu mənada Yasamal rayonunda müharibə veteranlarına, onların probləmlərinə maksimum diqqət ayrırlır.

Öz növbəsində Haqqın.az saytının baş redaktoru, Əməkdar jurnalist Eynulla Fətullayev bildirdi ki, Yasamal rayonunda doğulan və burada uzun illər yaşayan sakin kimi rayonda həssas təbəqə nümayəndələrinə diqqət onlar üçün mühüm əhəmiyyət kəsb edir. Burada məqsəd əlil olan və sosial dəstəyə ehtiyacı olan qazilərimizə dayaq olmaqdır.

Qazilər bu cür diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə xüsusi təşəkkürünü və məmnunluğunu ifadə etdilər. Yasamal rayonunda Vətən müharibəsi qaziləri ilə mütəmadi təmaslar və onların sosial ehtiyaclarının qarşılanması üzrə silsilə görüşlər davam edir.

Keçidlər