Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon İcra Hakimiyyətində könüllülərlə görüş keçirildi

26 iyul 2022 | 10:41

Yasamal rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətini başa vuran gənclərlə Yasamal rayon İcra Hakimiyyəti  başçısının görüşü  keçirildi. Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı  Elşad Həsənov bildirdi ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə cəmiyyətin müxtəlif təbəqələrini nəzərdə tutan və fərqli sahələri ehtiva edən islahatlar kimi, eynilə gənc nəslə diqqət də dövlət siyasətinin prioritet sahələrindən birinə çevrildi. Qarşıda duran əsas məsələ görüləcək işlərlə bağlı vahid dövlət siyasətinin reallaşdırılmasının təmin edilməsi idi ki, bu baxımdan da Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Məhz bu addım ayrı-ayrı dövlət qurumlarının gənclərlə iş sahəsindəki fəaliyyətini koordinasiya etmək, çərçivə və istiqamət yaratmaq baxımından mühüm əhəmiyyət kəsb edən bir addım oldu.

Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Bu siyasət vasitəsilə ölkəmizdə gənclərin inkişafı ilə bağlı bütün maraqlı tərəflərin ümumi məqsədlərə və hamı üçün daha firavan, inkişaf edən Azərbaycan uğrunda çalışa biləcəyi bir mühit yaradıldı. Bir sözlə, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin tarixi inkişafında müstəsna əhəmiyyətə malikdir. Bu gün də bu missiyanı layiqincə yerinə yetirən Prezident İlham Əliyev bütün çıxışlarında gənclərə arxalandığını vurğulayır. 44 günlük  Vətən müharibəsində prezident İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycanın parlaq qələbəsi də bu cəsur gənclərin Vətən, torpaq sevgisi ilə haqq-ədalət yolundan çəkinməyərək cəsarətlə mübarizə aparmalarının, qorxmadan, çəkinmədən, ölümün gözünə dik baxmalarının nəticəsi idi. Prezident İlham Əliyevin gənclər siyasəti sahəsinə göstərdiyi diqqət və qayğı dövlət başçımızın gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Xüsusilə dövlətimizin başçısının 2007-ci ilin “Gənclər İli” elan edilməsi ilə bağlı Sərəncamı,  2020-ci ili “Könüllülər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da artmasına səbəb olub.

Elşad Həsənov bildirdi ki, könüllü fəaliyyətinə qoşulan gənclər gələcəkdə ixtisaslı və peşəkar kadr kimi formalaşırlar. Könüllülərin  Yasamal rayonunda həyata keçirilən tədbirlərdə yüksək fəallıq göstərmələri, tənha, kimsəsiz və qayğıya ehtiyacı olan rayon sakinlərinə, eləcə də şəhid və qazi ailələrinə  müvafiq köməkliklər göstərmələri xüsusi vurğulandı.

Yasamal rayon Könüllülər qrupunda fəaliyyətə qoşulmuş gənclərə könüllü kimi iki ay müddətində  müxtəlif sosial bacarıqları, əmək vərdişləri aşılayan təlimlərdə və rayonda keçirilən tədbirlərdə iştiraklarına görə fərdi qaydada xüsusi sertifikatllar  təqdim edildi.

Keçidlər