Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyətində idmançılarla görüş keçirilib

31 avqust 2022 | 17:32

Bu gün V İslam Həmrəyliyi Oyunlarında yüksək nəticə əldə etmiş Yasamal rayonunun sakinləri olan idmançılarla İcra Hakimiyyətində görüş keçirilib.İdmançıları qəbul edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onları təbrik edərək  yeni-yeni beynəlxalq uğurlar arzu etdi. Elşad Həsənov bildirdi ki, Konyada İslam həmrəyliyi oyunları ciddi rəqabət şəraitində keçib və qazanılan uğur dövlətin idman siyasətinin özünü tam doğrultduğunu bir daha göstərdi. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov görüşdə iştirak edən bütün idmançıların qızıl medal qazandıqlarını xüsusi məmnunluqla vurğuladı.Öz növbsində bədii gimnastika üzrə Ləman Əlimuradova, stend atıçılığı üzrə Fuad Qurbanov, kikboksinq üzrə Anar Məmmədov və Fərid Ağamoğlanov, habelə məşqçi Eduard Məmmədov ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirdilər.

Bildirildi ki, V İslam Həmrəyliyi Oyunlarında dördüncü yeri qazanmaq böyük nailiyyətdir və bu nailiyyət onu göstərdi ki, bizim əvvəlki uğurlarımız təsadüfi xarakter daşımırdı. Azərbaycan idmançıları 19 idman növündə  toplam 99 medal qazanıblar və onlardan 29-u qızıl medaldır. Tədbirdə iştirak edən idmançılar Azərbaycan Prezidenti cənab İlham Əliyevə idman sahəsinə verdiyi davamlı dəstəyə görə təşəkkürünü bildirdilər. Tədbirin sonunda xatirə fotosu çəkildi və mükafatlar təqdim edildi.

Keçidlər