Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilib

01 avqust 2022 | 10:01

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Yasamal Rayon İcra Hakimiyyətinin başısı Elşad Həsənov bir qrup rayon sakinini qəbul edib. Qəbulu giriş sözü ilə açan İcra Hakimiyyətinin başçısı qeyd etdi ki, İcra Hakimiyyətinin qapıları hər bir vətəndaşın üzünə açıqdır və bu görüşlərdə hər bir Yasamal rayon sakini iştirak edə bilər. Görüşdə həmçinin İcra başçısının müavinləri, RİH aparatının şöbə müdirləri və məsul şəxslər iştirak etdilər. Daha sonra növbə ilə söz alan Yasamal sakinləri öz problemləri barədə danışaraq mənzil növbəsi, MTK-vətəndaş münasibətləri,binaətrafı sahələrdə qanunsuz çəpərləmə, ictimai iaşə obyektlərinin tüstü bacalarının ətraf mühitə təsiri, rayonda abadlıq işləri, sakinlər arasında mübahisələr və bir sıra sosial məsələlər qaldırdılar.

İcra başçısı Elşad Həsənov iki saatdan çox davam edən qəbulda sakinləri dinlədi və mübahisəli məsələlərlə baglı  RİH əməkdaşlarına göstərişlər verdi.Digər məsələlər isə nəzarətə götürülərək həll müddətləri müəyyən edildi. Daha sonraYasamal Rayon İcra Hakimiyyətinin başısı Elşad Həsənov bir neçə sakini xahişlərinə əsasən fərdi qaydada qəbul etdi.Yasamal Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq vətəndaşlarla görüş və qəbulları davam edir.

Keçidlər