Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi yad edilib

21 aprel 2022 | 13:12

Bu gün Vətən müharibəsinin şəhidi, Azərbaycan silahlı qüvvələrin əsgəri Rəşad Zeynallının xatirəsi yad edilib. Şəhidin xatirəsi həyat və döyüş yolundan bəhs edən “Rəşadətli ömür” sənədli filminin təqdimatında yad edilib.Daha sonra isə şəhidin xatirəsi onun təhsil aldığı orta məktəbdə ucaldılmış barelyefin açılşında anılıb.Baş tutan tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, millət vəkili Elnur Allahverdiyev, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, şəhidin yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.Sənədli film Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhəri üzrə Təhsil İdarəsi və 60 saylı tam orta məktəb kollektivnin birgə səyləri ilə ərsəyə gətirilib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Rəşad Zeynallı ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Döyüşdə fərqlənməya görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan torpaqlarımızın azad edilməsi üçün başlanan Vətən müharibəsində döyüşən Rəşad Zeynallı oktyabrın 8-də şəhid olub.

Tədbirdə çıxış edən natiqlər qeyd etdilər ki, şəhidlərimizin qanı yerdə qalmadı və biz 30 ildən sonra doğma torpaqlarımıza geri döndük. Bu tarixi zəfərə görə bizim müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyət və əzminə, şəhid və qazilərimizin sücaət və cəsarətinə borclu olduğumuz vurğulandı.

Keçidlər