Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi yad edildi

13 avqust 2022 | 14:55

Bu gün Vətən müharibəsinin şəhidi Həmidaga Hüseynzadənin xatirəsi onun ad günündə anılıb. İkinci Fəxri xiyabanda şəhidin məzarı önündə xüsusi mərasim keçirilib. Mərasimdə Yasamal, Nəsimi, Abşeron RİH-in rəhbər şəxsləri,millət vəkilləri, ictimaiyyət nümayəndələri, qazilər, şəhid ailələri iştirak ediblər. Dövlət himni səsləndirilib, şəhidin ruhuna dualar oxunub. Bildirilib ki, Vətən müharibəsində Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tarixi qələbə qazandı. Bu qələbəyə görə biz şəhidlərimizə və qazilərimizə borcluyuq. Mərasimdə şəhid Həmidaga Hüseynzadənin şərəfli döyüş yolundan bəhs edildi.

Keçidlər