Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi üçün anım mərasimi keçirilib

20 oktyabr 2022 | 12:31

Bu gün Yasamal və Abşeron rayonlarının ictimaiyyət nümayəndələri 2-ci Fəxri Xiyabanda şəhid Natiq Baxşəliyevin məzarını ziyarət ediblər. Dövlət himni səsləndirilib, məzar önünə gül dəstələri qoyub, şəhidin ruhuna dualar oxunub. Mərasimdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev iştirak ediblər. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhidin yaxınlarına dərin hüznlə başsaglığı verdi. İcra başçısı şəhidlərin qanının yerdə qalmadığını və torpaqlarımızın erməni işğalından azad edildiyini bildirdi.  Qeyd olundu ki, Ali Baş Komandan cənab İlham Əliyevin şəhid ailələrinə və müharibə veteranlarına dəstək olmaq tapşırığı yerlərdə əsas vəzifə kimi icra olunur.

Öz növbəsində şəhid ailəsinin üzvləri şəhid hərbiçimizə və ailəsinə göstərilən diqqət və dəstəyə görə ölkə rəhbərliyinə və ictimaiyyət nümayəndələrinə minnətdarlığını bildirdilər.

Natiq Baxşəliyev 1980-cı il iyulun 7-də Bakı şəhərində anadan olub. 167 saylı orta məktəbi bitirib. 2020-ci il Vətən müharibəsi zamanı könüllü olaraq  döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 20-də şəhidlik zirvəsinə ucalmışdır.Ailəli idi. Bir övladı var.

Natiq Baxşəliyev Saleh oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı, ”Füzulinin azad olunmasına görə" medalı və "Döyüşdə fərqlənməyə görə " medalı ilə təltif edilmişdir

Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

Keçidlər