Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin şəhid ailəsinə “Azərbaycan Bayrağı” ordeni təqdim edilib

27 avqust 2022 | 11:35

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş Vətən Müharibəsinin şəhidi, mayor Fərid Ələkbərovun ailəsinə orden təqdim edilib. Bununla əlaqədar Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhidin ailəsinə baş çəkib və ordeni şəhidin ailə üzvlərinə təqdim edib. Tədbirdə həmçinin  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinin rəisi, polkovnik-leytenant  Ramin Şükürov, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov və digər vəzifəli şəxslər iştirak ediblər. Yasamal Rayon İcra Hakimiyyətnin başçısı Elşad Həsənov bildirdi ki, şəhid ailələrinə ölkə rəhbərliyinin diqqət və qayğısı ən yüksək səviyyədədir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz torpaqlarımızı düşməndən azad etdi vu gün də bu proses davam edir və biz Laçın artıq şəhərinə qovuşmuşuq.Bir sözlə, şəhidlərimiz sayəsində biz əzəli torpaqlarımıza əbədi olaraq qayıtdıq.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə qatılan mayor Fərid Ələkbərov Murov dağındakı yüksəkliklərin alınmasında iştirak edib, Cəbrayıl, Füzuli, Şuşa istiqamətində gedən döyüşlərdə şücaət göstərib. O, noyabrın 8-də Xankəndi istiqamətində gedən döyüşlərdə düşmənlə üz-üzə savaşıb. Ayağından qəlpə yarası almasına baxmayaraq, döyüşü davam etdirən qəhrəman zabit düşmənin canlı qüvvəsini məhv edərək taborun mühasirədən çıxmasında müstəsna rol oynayıb. Fərid Ələkbərov 2020-ci il noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və İkinci Fəxri xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Fərid Ələkbərov daha öncə  "Vətən uğrunda" medalı,"Şuşanın azad olunmasına görə" medalı,"İgidliyə görə" medalı ilə təltif edilmişdir.

Keçidlər