Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaqlara təbiəti sevdirək

31 may 2024 | 15:54

Yasamal Rayon İcra Hakimiyyəti Yasamal Rayon Heydər Əliyev Mərkəzi ilə birlikdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 1 İyun -Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “ Uşaqlara təbiəti sevdirək” adlı tədbir keçirildi. Tədbirdə Yasamal rayonu 225 və 21 saylı tam orta məktəbin kiçikyaşlı şagirdləri iştirak etdilər.

Tədbirdən öncə uşaqlar Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub xatirəsini yad etdilər, mərkəzin muzey bölməsi ilə tanış oldular. Himn səsləndikdən sonra uşaqlar mahnı və şer kompozisiyaları ilə çıxış etdilər, İncəsənət gimnaziyasının şagirdlərinin ifasında rəqslər ifa olundu. Tədbir Yasamal parkında uşaqların əl işlərindən ibarət sərgiyə baxışla davam etdirildi. Burada məktəblilər rəsm çəkdilər və yeni nəşr olunan kitablarla tanış oldular.

Keçidlər