Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə şahmat turniri keçirildi

23 aprel 2024 | 17:10

23 aprel 2024 cü il tarixdən  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-  ci ildönümü münasibətilə Yasamal RİH, YAP Yasamal Rayon Təşkilatının və Bakı şəhər Gənclər və İdman İdarəsini  birgə təşkilatçılığı ilə idmanın 6 növü üzrə ( şahmat, dama, stolüstü tennis, voleybol oğlan, voleybol qız, basketbol və mini futbol) 7 yarışa şahmat idman növünün başlanması  ilə start verildi. Şahmat üzrə yarışın açılış mərasimində Yasamal RİH başçısının 1 ci müavini Hüseyn Əfəndiyev , YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulamışlar. Yarışa rayon ərazisində fəaliyyət göstərən 12  ali və orta ixtisas təhsil müəssisələrinin komandaları qatılmışlar. Yarışın nəticələrinə görə I yerə BDU , II yerə Aztu , III yerə İnşaat Kollecin  komandaları layiq görülmüşlər. Qaliblər  müvafiq dərəcəli diplom və medallarla təltif edilmişlər.

Keçidlər