Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib

04 may 2022 | 13:34

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Keyfiyyət təminatı rəqabətqabiliyyətli iqtisadi inkişafın əsas amili kimi” mövzusunda onlayn konfrans keçirilib. Bakı Biznes Universitetinin təşəbbüsü ilə keçirilən tədbirdə yerli və xarici qonaqlar, alim və iqdisadçılar iştirak etdilər. Konfransı giriş sözü ilə açan  Bakı Biznes Universitetinin rektoru İbad Abbasov müasir iqtisadi inkişaf prosesində keyfiyyət təminatının əhəmiyyətindən danışdı. Bu prosesin təhsil, istehsal, xidmətlər və digər sahələr üçün zərurətindən söz açdı.

Daha sonra söz alan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə müasir Azərbaycan iqtisadiyyatının əsasları qoyulmuşdur : azad bazar iqtisadiyyatı, xarici sərmayələrin ölkəyə cəlb edilməsi, sahibkarlığın dəstəklənməsi, neft sazişinin imzalanması.Bu gün isə Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan iqtisadiyyatını yeni hədəflərə doğru aparır.

Onlar arasında ən əsas məqsədlərdən biri də iqtisadiyyatımızın rəqabət qabiliyyətini artırmaqdır. Qeyd olundu ki,bu gün biz Qarabağı bərpa edirik və bu sahədə yalnız öz iqtisadi gücümüzə arxalanırıq.Beynəlxalq donorlardan hər-hansı kredit və ya maddi dəstək almırıq.Bu məqam Azərbaycan iqtisadiyyatının heç kəsdən asılı olmadığını nümayiş etdirir. Hazırda Qarabağda aparılan bərpa-quruculuq işlərinə nəzər salsaq görərik ki, bütün layihələrdə keyfiyyət və yeni standartlar gözlənilir: tikinti və memarlıq, yol inşaatı, hava limanları, sosial infrastruktur və sairə. Azad edilmiş torpaqlarda aprılan bərpa işləri yüksək keyfiyyət və standartlara cavab verir.

Daha sonra çıxış edən millət vəkili Ziyad Səmədzadə iqtisadi inkişaf prosesində keyfiyyət təminatına verilən qanunvericilik dəstəyindən söhbət açdı. Deputat Ziyad Səmədzadə növbəti sənayələşmə mərhələsində keyfiyyət təminatının xüsusi əhəmiyyət daşıdığını da qeyd etdi.
Daha sonra çıxış edən xarici qonaqlar qlobal miqyasda keyfiyyət təminatının verdiyi iqtisadi üstünlüklərdən söz açdılar.

Keçidlər