Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid hərbiçimiz yad edilib

03 noyabr 2022 | 13:58

Vətən müharibəsinin ildönümündə Yasamal rayonunun ictimaiyyəti şəhidlərin əziz xatirəsini yad edir. Bu gün Yasamal rayon ictimaiyyəti 2-ci Fəxri Xiyabanda şəhid İlqar Ramazanlının məzarını ziyarət edib.Dövlət himni səsləndirilib, dualar oxunub. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov məzar başında şəhid ailəsinin üzvlərinə kədərlərinə şərik olduğunu bildirdi. İcra başçısı şəhid ailələrinə bundan sonra da hər cür dəstək göstərləcəyini vuğuladı və bildirdi ki, bu siyasət ölkə rəhbərliyinin tapşırığı əsasında həyata keçirilir.

İlqar Ramazanlı 2 noyabr 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 159 saylı məktəbdə  almışdır. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin noyabr ayının 9-da şəhidlik zirvəsinə ucalmışdır.Subay idi.

Ramazanlı İlqar Etibar oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı, "Füzulinin azad olunması uğrunda" medalı və "Xocavəndin azad olunması uğrunda" medalı ilə təltif edilmişdir.Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

Keçidlər