Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid hərbi qulluqçumuz yad edilib

13 sentyabr 2023 | 14:02

12-13 sentyabr 2022-cı il tarixlərində Azərbaycan-Ermənistan dövlət sərhədi boyunca erməni ordusunun təxribatının qarşısını alarkən şəhid olmuş Azərbaycan ordusunun hərbi qulluqçusu Ravil Hümbətovun əziz xatirəsi şəhadətinin ildönümündə yad edib. Bununla əlaqədar İkinci Fəxri Xiyabanda Yasamal rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə anım mərasimləri keçirilib. Anım mərasimində Yasamal Rayon İcra Hakimiyyətnin başçısı Elşad Həsənov, millət vəkili Erkin Qədirli, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin yaxınları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə dövlət himni səsləndirildi, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbiçimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi,  məzarı önünə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid ailəsinə dərin hüznlə başsaglığı verdi.Öz növbəsində şəhid ailəsinin üzvləri dövlət səviyyəsində diqqətə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkürünü ifadə etdilər.

Leytenant Ravil Hümbətov  “Azərbaycan bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Keçidlər