Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid hərbi qulluqçularımız yad edildi

30 noyabr 2022 | 17:16

Bu gün 2-ci Fəxri Xiyabanda ötən ilki Qaraheybət vertolyot qəzasında həlak olan polkovnik Elçin Nəbiyev və kapitan Cavid Bayramlının xatirələri yad edilib. Məzarları önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub. Anım mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, şəhidlərin yaxınları, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının və Yasamal Bələdiyyəsinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhidlərin yaxınlarına dərin hüznlə başsaglığı və təsəlli verdi. Öz növbəsində hərbçilərin yaxınları dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdilər.

Keçidlər