Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı və millət vəkili Yasamal rayonu sakinləri ilə görüşdülər

20 may 2022 | 15:10

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti görüş keçirilib. Yasamal Rayon  İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və 17 saylı Yasamal 3-cü seçki dairəsindən Milli Məclisin deputatı Elnur Allahverdiyev birgə şəkildə  sakinlərlə səyyar görüş keçiriblər. Görüş 150 saylı tam orta məktəbin akt zalında baş tutub. Görüşdə Yasamal Rayon  İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və rayonunun  təsərrüfat və xidmət sahələrinin rəhbərləri də iştirak etdilər.

“Açıq mikrofon” formatında keçirilən və sakinlərin böyük maraqla qarşıladıqları bu görüşdə çıxış edən vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.Görüş zamanı Yasamal Rayon  İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, Yasamal sakinlərinin problemlərini həll etmək məqsədilə yerli icra və qanunverici hakimiyyət nümayəndələri arasında əməkdaşlıq çox faydalıdır.Səyyar qəbul zamanı vətəndaşlar Sovetski kimi tanınan ərazinin dövlət ehtiyacları üçün satın alınması, qəzalı evlər problemi, ehtiyacı olan insanlar üçün sosial yardım və digər məsələlər qaldırdılar. İcra başçısı Elşad Həsənov sakinlərin müraciət və təklifləri ilə bağlı yerindəcə müvafiq tapşırıqlar verdi, bir sıra müraciətlər isə nəzarətə götürüldü. İki saata yaxın davam edən qəbulda vətəndaşlar İcra başçısı və deputata istədikləri sualları verərək ətraflı cavablar aldılar. Yasamal Rayon  İcra Hakimiyyəti başçısının rayon sakinləri ilə silsilə görüşləri davam edir.

Keçidlər