Şriftin ölçüsü :

Saytın rəngi :

Məşğulluğa kömək üzrə Əlaqələndirmə Komitəsinin iclası keçirilib

21 noyabr 2023 | 17:42

21 noyabr 2023-cü il tarixində Yasamal Rayon İcra Hakimiyyəti nəzdində Məşğulluğa kömək üzrə Əlaqələndirmə Komitəsinin iclası keçirilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon icra hakimiyyəti nəzdində məşğulluğa  kömək üzrə əlaqələndirmə komitəsinin sədri Hüseyn Əfəndiyev, Bakı Regional Məşğulluq Filialının şöbə müdiri Arzu Əliyeva,  rayon İcra Hakimiyyətinin Başçısı Aparatının məsul şəxsləri və Yasamal rayonunda yerləşən iri sahibkarlıq subyektlərinin nümayəndələri iştirak ediblər.

Tədbiri Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon icra hakimiyyəti nəzdində məşğulluğa  kömək üzrə əlaqələndirmə komitəsinin sədri Hüseyn Əfəndiyev giriş sözü ilə  açaraq rayon əhalisinin məşğulluğunu təmin etmək üçün Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında yaradılmış məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi tərəfindən görülən işlər barədə ətraflı məlumat verərək, əhalinin məşğulluğunun təmin olunması istiqamətində rayonda məqsədyönlü işlərin görüldüyünü bildirmişdir.

Tədbirdə çıxış edən  Bakı Regional Məşğulluq Filialının şöbə müdiri Arzu Əliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın hazırlandığını və həmin planın icrasının səmərəliliyinin təmin olunması məqsədilə görülən işlər barədə ətraflı məlumat verib.

Tədbirdə çıxış edənlər əlaqələndirmə komitəsinin fəaliyyəti, məşğulluqla bağlı qəbul olunmuş hüquqi-normativ aktlar və işəgötürənlə işədüzələn arasında bağlanan əmək müqavilələrinin əhəmiyyətindən, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlərdən danışıblar.

İclasda mövzu ilə bağlı fikir mübadiləsi aparılmaqla yanaşı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər