Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı və Milli Məclisin deputatı Yasamal sakinləri ilə görüşdülər

13 aprel 2023 | 18:39

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti birgə səyyar görüş keçirilib. Sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Erkin Qədirli vətəndaşlarla görüşüblər. Səyyar qəbul rayondakı Akademik Zərifə Əliyeva adına liseyin akt zalında baş tutub. Görüşdə Yasamal rayonunun sakinləri, rayon icra hakimiyyətinin məsul şəxsləri, Yasamal bələdiyyəsinin, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.Sakinləri salamlayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov “Heydər Əliyev ili” çərçivəsində rayonda görülən iş və həyata keçirilən tədbirlər barədə məlumat verdi, daha sonra isə sakinlərdən qarşılaşdıqları problemlər barədə ətraflı danışmağı xahiş etdi.

Söz alan vətəndaşlar rayon üzrə qeydiyyata alınmaq, qonşular arasında mübahisələr, məşğulluq, özəl mülkiyyətə çıxarışı, mənzillərdə istilik sisteminin bərpası, ictimai iaşə müəssisələrinin yaratdığı səs-küy, küçələrin işıqlandırılması, mənzil növbəsi, sosial yardım, kommunal xidmətlərin ödənişi və digər məsələlərlə  bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər. İki saata yaxın davam etmiş qəbulda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına ətraflı cavablar verdi.Bir sıra problemlərin həllinə dair göstərişlər verildi.Öz növbəsində Milli Məclisin deputatı Erkin Qədirli yaşayış binalarının alt mərtəbəsində fəaliyyət göstərən kafe və restoranların vətəndaşlar üçün yaratdığı narahatlıq və buna qarşı hüquqi ölçülər barədə məlumat verdi. Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənildi, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.

Keçidlər