Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı və Milli Məclisin deputatı Yasamal sakinləri ilə bir araya gəldilər

17 aprel 2023 | 18:43

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti birgə səyyar görüş keçirilib. Sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Elnur Allahverdiyev vətəndaşlarla görüşüblər. Səyyar qəbul rayondakı 1 saylı Bakı Baş Tibb Kollecinin akt zalında baş tutdu. Görüşdə Yasamal rayonunun sakinləri, həmçinin rayon icra hakimiyyətinin vəzifəli şəxsləri, Yasamal bələdiyyəsinin, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.Sakinləri salamlayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov öncə “Heydər Əliyev ili” çərçivəsində rayonda görülən iş və həyata keçirilən tədbirlər barədə geniş məlumat verdi, daha sonra isə sakinlərdən qarşılaşdıqları problemlər barədə ətraflı danışmağı xahiş etdi.

Söz alan vətəndaşlar mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, qurumuş agacların budanması, dövlət ehtiyacları üçün alınan ərazilər üzrə kompensasiya məbləği, sosial evlər, tikintiyə icazə, Vətən müharibəsi qazilərinin evlə təminatı və digər məsələlərlə  bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər. İki saata yaxın davam etmiş qəbulda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına ətraflı şəkildə cavablar verdi.Bir sıra problemlərin həllinə dair göstərişlər verildi.Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənildi, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.

Keçidlər