Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı və millət vəkili Yasamal rayonu sakinlərinin problemlərini dinlədilər

06 may 2022 | 14:43

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti görüş keçirilib. Yasamal Rayon  İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və millət vəkili Erkin Qədirlinin birgə  səyyar qəbulu Azərbaycan Dövlət Pedagoji kollecinin akt zalında baş tutdu.

Yerli sakinlərin problemlərinin müəyyən edilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə Yasamal rayonunun  təsərrüfat və xidmət sahələrinin rəhbərləri iştirak edərək  zala toplaşan sakinlərin müraciət və təkliflərini dinlədilər. “Açıq mikrofon” formatında və dialoq şəklində baş tutan bu görüşdə çıxış edən  vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Səyyar qəbul zamanı sakinlər əsasən su təchizatı, pilot layihələr,küçələrin asfaltlanması,şəhid ailəsi üzvlərinin işlə təmini, sənədsiz evlər  və digər məsələlər qaldırdılar.Yasamal Rayon  İcra Hakimiyyətinin başçısı Elşad Həsənov  sakinlərin müraciət və təklifləri ilə bağlı müvafiq tapşırıqlar verdi. Səslənən müraciət və təkliflər nəzarətə götürüldü. Yasamal Rayon  İcra Hakimiyyəti başçısının tərtib edilmiş cədvələ uyğun olaraq rayon sakinləri ilə silsilə görüşləri davam edir.

Keçidlər