Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı və millət vəkili Yasamal rayonu sakinləri ilə görüşdülər

12 may 2022 | 14:52

Yasamal rayonunda əhalinin problem və şikayətlərinin müəyyən edilib çevik həlli məqsədilə aparılan silsilə görüşlər davam edir. Bu dəfə sakinlərin təklif və müraciətlərini Yasamal Rayon  İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və 15 saylı Yasamal birinci seçki dairəsindən Milli Məclisin deputatı Ülvi Quliyev birgə dinlədilər. İcra başçısı və millət vəkilinin birgə  səyyar qəbulu 13 saylı tam orta məktəbin akt zalında baş tutdu.

Yerli sakinləri salamlayan Elşad Həsənov qeyd etdi ki, qəbul Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq baş tutur.Görüşdə Yasamal rayonunun  təsərrüfat və xidmət sahələrinin rəhbərləri də iştirak etdilər. Tədbirdə çıxış edən  vətəndaşlar hakimiyyət nümayəndələri ilə bu cür görüşlərin təşkilinə görə məmnunluğunu ifadə etdilər və Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Səyyar qəbul zamanı Yasamal rayonu sakinləri mənzil ilə təminat, qanunsuz tikililərlə mübarizə, rayon ərazisində parkinq problemi, su təchizatı, sənədsiz evlər  və digər məsələlər barədə suallar verdilər.Yasamal Rayon  İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sualları ətraflı cavablandırdı və sakinlərin müraciət və təklifləri ilə bağlı xidmət rəhbərlərinə müvafiq tapşırıqlar verdi. Bəzi müraciətlər nəzarətə götürüldü. Yasamal Rayon  İcra Hakimiyyəti başçısının tərtib edilmiş qrafikə uyğun olaraq rayon sakinləri ilə görüşləri davam edir.

Keçidlər