Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı sakinləri qəbul edib

10 aprel 2023 | 17:18

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün qəbul keçirilib.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov yerli sakinləri qurumun inzibati binasında qəbul edib.Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, MKTB və rayon Bələdiyyəsinin rəhbərliyi də iştirak edib. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan üzləşdikləri problemlər bərədə məlumat verməyi xahiş etdi. Növbə ilə söz alan Yasamal rayonunun sakinləri  sosial yardım, şəhid adının əbədiləşdirilməsi, Vətən müharibəsi qazilərinin məşğulluğu, sakinlər üçün asudə vaxtı məkanları, tikinti şirkətləri ilə vətəndaşlar arasında mübahisələr və bir sıra sosial xarakterli məsələlər qaldırdılar.

İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək, sosial yardım, iş və digər problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkert göstərişlər verdi. İcra başçısı sakinlərin suallarına ətraflı cavablar verdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.

Keçidlər