Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı sakinlər üçün səyyar qəbul keçirdi

09 iyun 2022 | 18:37

Yasamal Rayon  İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qəbul qrafikinə uyğun olaraq rayon sakinləri üçün ərazidə növbəti səyyar qəbul keçirib. Qəbulda iştirak üçün yüzlərlə sakin tədbirin keçirildiyi 38 saylı tam orta məktəbin akt zalına toplaşmışdı.Səyyar qəbulda Milli Məclisin deputatı Ülvi Quliyev də iştirak edirdi.

Səyyar qəbulu giriş sözü ilə açan Elşad Həsənov bildirdi ki, bu görüş Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq baş tutur. İcra başçısı vurğuladı ki, səyyar qəbulun əsas məqsədi bilavasitə vətəndaşlarla görüşüb onları narahat edən problemləri müzakirə etmək və çevik şəkildə çözümünə nail olmaqdır. Bu məqsədlə qəbulda Yasamal rayonunun Mənzil Kommunal Təsərrüfatı Birliyi, Bələdiyyəsi, həmçinin  təsərrüfat və xidmət sahələrinin vəzifəli şəxsəri  də iştirak ediblər. Qəbulda iştirak edən  Yasamal rayonu sakinləri növbə ilə söz alaraq onları narahat edən əsas problemlər barədə fikirlərini bildirdilər. Söz alan vətəndaşlar mənzillərdə təbii qaz saygacının sərfiyyatı, su təchizatı, məhəllədaxili yolların asfaltlanması, Sovetski məhəlləsindəki evlərin dövlət ehtiyacları üçün alqı-satqısı və bir sıra sosial məsələlər qaldırdılar.Yasamal Rayon  İcra Hakimiyyətinin başçısı Elşad Həsənov  sakinlərin müraciət və təklifləri ilə bağlı rayonunun  təsərrüfat və xidmət sahələrinin məsul şəxsərinə müvafiq tapşırıqlar verdi.Öz növbəsində millət vəkili Ülvi Quliyev sakinləri narahat edən problemlərlə baglı suallara ətraflı şəkildə aydınlıq gətirdi. Bir sıra müraciətlər nəzarətə götürüldü. Yasamal rayonunda İcra başcısının sakinlərlə görüş və qəbulları qrafik üzrə davam edir.

Keçidlər