Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı sakinlər üçün səyyar qəbul keçirdi

02 iyun 2022 | 18:22

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon sakinləri üçün növbəti səyyar qəbul keçirib. Tədbir akademik Zərifə Əliyeva adına liseyin akt zalında baş tutdu.

Səyyar qəbulu giriş sözü ilə açan Elşad Həsənov bildirdi ki, bu görüş Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq baş tutur. İcra başçısı vurğuladı ki, səyyar qəbulun əsas məqsədi birbaşa vətəndaşlarla görüşüb onları narahat edən problemləri müəyyən etmək və qısa müddətə həllinə nail olmaqdır. Bu məqsədlə qəbulda Yasamal rayonunun  təsərrüfat və xidmət sahələrinin vəzifəli şəxsəri və Yasamal bələdiyyəsinin rəhbərliyi də iştirak edib. Qəbulda iştirak edən  Yasamal rayonu sakinləri bir-bir söz alaraq onları narahat edən əsas problemlər barədə danışdılar. Söz alan vətəndaşlar evlərdə su sərfiyyatı miqdarı, sakinlər arasında tikinti mübahisələri, həyətlərin abadlaşdırılması, yaşlı insanların işlə təmini, mənzillərin yenidən planlaşdırılması, sosial yardım, yolların asfaltlanması, yaşayış binaların birinci mərtəbəsində ictimai iaşə obyektlərinin fəaliyyəti, istilik təchizatı və digər məsələlər qaldırdılar.Yasamal Rayon  İcra Hakimiyyətinin başçısı Elşad Həsənov  sakinlərin müraciət və təklifləri ilə bağlı rayonunun  təsərrüfat və xidmət sahələrinin məsul şəxsərinə müvafiq tapşırıqlar verdi. Bir sıra müraciətlər nəzarətə götürüldü.

Yasamal Rayon  İcra Hakimiyyəti başçısının tərtib edilmiş qrafikə uyğun olaraq rayon sakinləri ilə görüşləri davam edir.

Keçidlər