Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı və millət vəkili Yeni Yasamal sakinləri ilə görüşdülər

26 may 2022 | 17:16

Yasamal rayonu sakinlərini narahat edən problemləri bilavasitə öyrənib operativ həll etmək məqsədilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Səbinə Xasayeva birgə şəkildə səyyar qəbul keçiriblər. Qəbul Yeni Yasamal yaşayış massivindəki 286 saylı orta məktəbin akt zalında baş tutdu.Qəbula gələn yüzlərlə sakin birbaşa İcra Hakimiyyətinin başçısına və millət vəkilinə problemləri barədə suallar vermək imkanı qazandılar.Qəbulda həmçinin RİHB-nin müavinləri, şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Elşad Həsənov əvvəlcə  ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq rayonda görülən  işlər barədə sakinlərə  məlumat verdi.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, görülən tədbirlər əhalinin həyat standartlarının yaxşılaşdırılmasına yönəlib.Səmimi şəraitdə və canlı dialoq formatında keçən iki saatlıq qəbulda İcra başçısı Elşad Həsənov sakinlərin bütün suallarına ətraflı cavab verdi.

Daha sonra sakinlərin  təklifləri və onları narahat edən problemlər dinlənildi. Yasamal sakinləri bina fasadlarının təmiri, tikinti zamanı ekoloji normalara riayət edilməsi,qəzalı orta məktəblər, bina liftlərinin təmiri, səkilərin küçə ticarətçiləri tərəfindən zəbt edilməsi  və bir sıra sosial məsələlər qaldırdılar. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların səsləndirdikləri bu məsələlərin həllinə dair konkert tapşırıqlar verdi. Elşad Həsənov verilən tapşırıqların icrasına şəxsən nəzarət edəcəyini də vurğuladı. Yasamal Rayon İcra Hakimiyyəti başçısının əhali ilə görüşləri davam edir.

Keçidlər