Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı ərazidə sakinlərlə görüşdü

30 iyun 2022 | 19:32

Yasamal Rayon  İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon sakinləri üçün növbəti səyyar qəbul keçirib. Qəbul rayonun Yeni Yasamal yaşayış massivində yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbin akt zalında baş tutdu. Öncə bir qrup sakin öncəki qəbullarda qaldırdıqları məsələlərin operativ həllinə görə Yasamal Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirdilər.

Səyyar qəbulda çıxış edən Yasamal Rayon  İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, bu görüş Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq baş tutur. İcra başçısı vurğuladı ki, səyyar qəbulun məqsədi bilavasitə vətəndaşlarla görüşüb onları narahat edən problemləri müzakirə etmək və çevik şəkildə həllinə nail olmaqdır. Qəbulda Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin,Yasamal Bələdiyyəsinin, habelə  təsərrüfat və xidmət sahələrinin vəzifəli şəxsəri  də iştirak ediblər. Qəbulda iştirak edən  Yasamal rayonu sakinləri növbə ilə söz alaraq onları narahat edən əsas problemlər barədə fikirlərini bildirdilər. Söz alan vətəndaşlar dövlət ehtiyacları üçün Sovetski ərazisində torpaqların alqı-satqısı, marşrut xəttləri problemi, pilot layihələrin icrasının uzanması, yaşayış binalarının təmiri, su təchizatı, yaşıllıqlara qulluq, məişət tullantıları konteynerlərinin yerdəyişməsi və bir sıra sosial məsələlər qaldırdılar.Yasamal Rayon  İcra Hakimiyyətinin başçısı Elşad Həsənov  sakinlərin müraciət və təklifləri ilə bağlı rayonunun  təsərrüfat və xidmət sahələrinin məsul şəxsərinə müvafiq tapşırıqlar verdi.Digər məsələlər nəzarətə götürüldü və növbəti qəbullarda onların həlli müddəti bir daha nəzərdən keçiriləcək.

Keçidlər