Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Başçısı Yeni Yasamalda sakinlərlə görüşdü, təklif, müraciət və şikayətlərini qəbul etdi

22 fevral 2024 | 16:46

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün fevral ayı üzrə növbəti səyyar qəbul keçirilib.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayondakı 308 nömrəli tam orta məktəbin akt zalında baş tutdu.Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə, MKTB və xidmət sahələrinin rəhbərləri də iştirak etdilər. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı danışmağı xahiş etdi. Öncə söz alan Yasamal rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra Yasamal rayonunun sakinləri mənzil təminatı, həyətlərin abadlaşdırılması, qanunsuz ət kəsimi məntəqələri ilə mübarizə, sığınacaqla təminat, sosial yardım,  kommunal borclar problemi, səkilərin zəbt edilməsinə qarşı mübarizə, pensiya təminatı və müxtəlif məsələləri əhatə edən digər mövzular qaldırdılar. 

İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verdi. İcra başçısı həmçinin sakinləri maraqlandıran suallara ətraflı cavab və izahatlar verdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.

Görüşün sonunda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 7 fevral Azərbaycan Respublikası Prezidenti seçkilərində yüksək fəallığa görə Yasamal sakinlərinə dərin minnətdarlığını ifadə etdi.

Keçidlər