Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Başçısı Yeni Yasamal sakinləri ilə görüşdü

16 sentyabr 2022 | 14:37

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşlarla mütəmadi təmasda olmaq tapşırığına uyğun olaraq Yasamal rayonunda sakinlərlə növbəti görüş keçirilib. Rayonun 286 saylı tam orta məktəbin akt zalında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov yerli sakinlərlə görüşdə onların problem və qayğıları ilə maraqlanıb. Səyyar görüşdə Yasamal  Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Yasamal bələdiyyəsinin, MKTB və kommunal xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərə müraciət edərək hansı problem və qayğılarla üzləşdikləri ilə maraqlandı və öz təklif və şikayətlərini bilavasitə ona bildiməyə çağırdı.

Növbə ilə söz alan vətəndaşlar yaşayış binalarının idarəçiliyi və təmiri, həyətlərin abadlaşdırılması, qurumuş agacların budanması, küçələrin işıqlandırılması, məşğulluq, Vətən müharibəsi qazilərinin sosial qayğıları və bir sıra sosial məsələlərlə bağlı öz fikirlərini bildirdilər.Sakinləri narahat edən problemlər dinlənildi, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən tapşırıqlar verildi.

 

 

Keçidlər