Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Yasamal sakinləri ilə görüşdü

17 noyabr 2022 | 19:01

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsinə dair tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti görüş keçirilib. Sakinlərin problemlərinin aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vətəndaşlarla bir araya gəlib. Səyyar qəbul rayonun 150 saylı tam orta məktəbin akt zalında keçirildi. Görüşdə Yasamal rayonunun sakinləri, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Yasamal bələdiyyəsinin və xidmət sahələrinin nümayəndələri iştirak ediblər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov  sakinləri öz müraciət, təklif və şikayətlərini açıq formada bidirməyə dəvət etdi.

Söz alan vətəndaşlar tarixi-memarlıq abidələrinin bərpası, əlillər üçün mənzil təminatı,vətəndaşlar arasında fərdi evlərin tikintisi ilə baglı mübahisələr, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, qəzalı evlər, rayon ərazisində istismar müddəti bitmiş evlərin söküntüsü və yeni yaşayış massivlərinin tikintisi və bir sıra sosial məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına ətraflı cavablar verdi.Qəbulda sakinləri narahat edən problemlər dinlənildi, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılması üçün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verildi.

Keçidlər