Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı və millət vəkili ərazidə Yasamal sakinləri ilə görüşdülər

09 mart 2023 | 17:55

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti birgə səyyar görüş keçirilib. Sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Erkin Qədirli vətəndaşları dinləyiblər. Səyyar qəbul rayondakı 225 saylı tam orta məktəbin akt zalında baş tutdu. Görüşdə Yasamal rayonunun sakinləri, habelə rayon icra hakimiyyətinin vəzifəli şəxsləri, Yasamal bələdiyyəsinin, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov  sakinləri qarşılaşdıqları problemlər barədə ətraflı danışmağa çağırdı və ötən il keçirilmiş görüş və qəbullar barədə qısa məlumat verdi.Bildirildi ki, 2022-ci il ərzində Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən toplam 38 səyyar qəbul keçirilib və 520 müraciət qeydə alınıb. Bu müraciətlərin əksəriyyəti öz həllini tapıb.

Daha sonra söz alan vətəndaşlar  istismar müddəti bitmiş fərdi ev və yaşayış binalarının söküntüsü və yenilərinin tikintisi, mənzil təminatı, sosial yardım, qonşular arasında fərdi tikintiyə dair mübahisələr və bir sıra sosial xarakterli məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər. İki saata yaxın davam etmiş qəbulda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına ətraflı cavablar verdi.Millət vəkili Erkin Qədirli isə tikintidə təhlükəsizlik və özəl mülkiyyətin qiymətləndirilməsinə dair suallara cavab verdi. Səyyar qəbulda sakinlərin arzu və təkliflər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Keçidlər