Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı və millət vəkili ərazidə sakinlərlə görüşdülər

04 avqust 2022 | 18:18

Yasamal Rayon  İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Erkin Qədirli rayon sakinləri üçün növbəti birgə səyyar qəbul keçiriblər. Qəbul Yasamal rayonunda yerləşən 21 saylı tam orta məktəbin akt zalında baş tutdu.
Səyyar qəbulu giriş sözü ilə açan Yasamal Rayon  İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, sakinlərlə görüş Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq keçirilir. Yasamal Rayon  İcra Hakimiyyətinin başçısı həmçinin qeyd etdi ki, səyyar qəbulun məqsədi bilavasitə  sakinlərlə ünsiyyət yaradıb onları narahat edən problemləri həll etməkdir. Qəbulda Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin,Yasamal Bələdiyyəsinin, habelə  təsərrüfat və xidmət sahələrinin vəzifəli şəxsləri  də iştirak etdilər. Qəbulda iştirak edən  Yasamal rayonu sakinləri pilot binaların istismara verilməsinin yubanması, həyətlərdə şlaqbaumların quraşdırılması, elektrik enerji sayğaclarının işi,yaşıllıqlara qulluq, yaşayış binası ətrafının çəpərlənməsi ilə mübarizə, liftlərin təmiri, su təchizatı, sənədsiz evlər, sosial yardım, məşğulluq, tibbi əməliyyata yardım və bir sıra sosial məsələlər qaldırdılar.İcra Hakimiyyətinin başçısı Elşad Həsənov pilot layihələrlə baglı yaxın zamanlarda görüşün keçiriləcəyini bildirdi.  Sakinlərin sosial yardımla  bağlı isə rayonunun  təsərrüfat və xidmət sahələrinin vəzifəli şəxsərinə tapşırıqlar verdi.Tapşırıqların icrası ilə baglı konkret müddət müəyyən olundu və növbəti qəbullarda onların icrası nəzərdən keçiriləcək.

Keçidlər