Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı və deputat Yasamal sakinləri ilə görüşdü

08 sentyabr 2022 | 18:37

Bu gün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Ülvi Quliyev vətəndaşların təklif, müraciət və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirdilər.Yasamal rayon sakinlərinin iştirak etdiyi səyyar qəbul 167 saylı tam orta məktəbin akt zalına baş tutdu.Tədbiri giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vurğuladı ki, vətəndaşlarla görüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daima təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir. Burada əsas məqsəd insanların problemlərini bilavasitə dinləmək və çevik şəkildə həll etməkdir.

Qəbul zamanı sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq,həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.Həlli vaxt tələb edən bir sıra digər məsələlər isə aidiyyəti təşkilat rəhbərlərinə tapşırılaraq icrası nəzarətə götürüldü.Səyyar qəbul zamanı sakinlər mənzil növbəsi, küçələrin asfaltlanması, Vətən müharibəsi qazilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qurumuş agacların budanması, dam örtüklərnin təmiri, küçələrin işıqlandırılması, marşrut xəttlərinə yeni avtobusların buraxılması, mənzillərin su təchizatı, mənzillərdə istilik sistemlərinin fəaliyyəti və digər bu kimi məsələlər qaldırdılar. Səyyar qəbulu məmnunluqla qarşılayan Yasamal sakinləri, əhaliyə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər