Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhid hərbiçilərin anım tədbirində iştirak edib

14 oktyabr 2022 | 13:09

Vətən müharibəsinin ildönümündə Yasamal rayonunun ictimaiyyəti şəhidlərin əziz xatirəsini yad edir. Bu gün Yasamal rayon ictimaiyyəti 2-ci Fəxri Xiyabanda şəhid Yusif Nəcəfov və Nurlan Mustafayevin məzalarını ziyarət edib.Dövlət himni səsləndirilib, dualar oxunub. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov məzar başında şəhid ailələrinin üzvlərinə kədərlərinə şərik olduğunu bildirdi. İcra başçısı şəhid ailələrinə bundan sonra da hər cür dəstək göstərləcəyini vuğuladı və bildirdi ki, bu siyasət ölkə rəhbərliyinin tapşırığı əsasında həyata keçirilir.

Nurlan Mustafayev 8 noyabr 1991-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 286 saylı məktəbdə almışdır. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 14-də şəhidlik zirvəsinə ucalmışdır.Subay idi.

Mustafayev Nurlan Ağa oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  ölümündən sonra “Vətən uğrunda” medalı  ,"Xocavəndin azad olunması uğrunda" medalı, "Cəbrayılın azad olunması uğrunda" medalı  və "Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir.

Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur

Yusif Nəcəfov 14 oktyabr 2001-ci ildə  Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini  52 saylı məktəbdə almışdır. Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində vətənə xidmət etmişdir. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 14-də şəhidlik zirvəsinə ucalmışdır.Subay idi.

Nəcəfov Yusif Nadir oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı, "Kəlbəcərin azad olunması uğrunda" medalı və "Fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.

Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

Keçidlər