Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı sakinlərin problemlərinə dair sahə rəhbərlərinə konkret tapşırıqlar verdi

14 iyul 2022 | 17:37

Yasamal Rayon  İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Erkin Qədirli rayon sakinləri üçün növbəti birgə səyyar qəbul keçiriblər. Qəbul Yasamal rayonunda yerləşən fizika-riyaziyyat və informatika təmayüllü liseyin akt zalında baş tutdu.

Səyyar qəbulu giriş sözü ilə açan Yasamal Rayon  İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, sakinlərlə görüş Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq keçirilir.İcra başçısı qeyd etdi ki, səyyar qəbulun məqsədi  vətəndaşlarla birbaşa təmas yaradıb onları narahat edən problemləri operativ həll etməkdir. Qəbulda Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Yasamal Bələdiyyəsinin, habelə  təsərrüfat və xidmət sahələrinin vəzifəli şəxsləri  də iştirak etdilər. Qəbulda iştirak edən  Yasamal rayonu sakinləri qəzalı evlərin söküntüsü, məhəllədaxili yolların asfaltlanması, qurumuş agacların budanması, kabel xəttlərinin dəyişdirilməsi zamanı zədələnmiş asfalt örtüyünün təzələnməsi, mərkəzi istilik sisteminin bərpası, qanunsuz küçə ticarətinə qarşı tədbirlər  və bir sıra sosial məsələlər qaldırdılar. İcra Hakimiyyətinin başçısı Elşad Həsənov  sakinlərin asfatlanma, budanma, küçə ticarətinə qarşı ölçülər ilə bağlı rayonunun  təsərrüfat və xidmət sahələrinin məsul şəxsərinə konkret tapşırıqlar verdi. Tapşırıqların icrası ilə baglı müddət müəyyən olundu. Yasamal rayonunda icra və qanunverici hakimiyyət nümayəndələrinin yerli sakinlərlə görüşləri davam edir.

Keçidlər