Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı sakinləri qəbul etdi

17 oktyabr 2022 | 12:39

Vətəndaşların həftəlik qəbulu cədvəlinə uyğun olaraq Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bu gün rayon sakinlərini qəbul edib. Qurumun inzibati binasında keçirilən qəbulda İcra Başçısı aparatının rəhbər heyətinə aid vəzifəli şəxslər də iştirak ediblər. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov üzləşdikləri problem və çətinliklər bərədə məlumat verməyi xahiş etdi. Növbə ilə söz alan Yasamal sakinləri  uşaq və yeniyetmələr üçün ödənişsiz mini-futbol meydançalarının istifadəyə verilməsi, yaşayış binaları üçün avtoparkinqlərin yaradılması, fərdi ev tikintisinə icazə, ticarət köşklərinin fəaliyyəti və bir sıra sosial məsələlər qaldırdılar.

İcra başçısı Elşad Həsənov iki saat davam edən qəbulda vətəndaşların problemlərinin həlli ilə baglı aparat əməkdaşlarına müxtəlif göstəriş və tapşırıqlar verdi.Qaldırılan digər məsələlər isə nəzarətə götürülərək onların həll müddətləri müəyyən edildi.Yasamal Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq vətəndaşlarla inzibati binada və səyyar qaydada həftəlik görüş və qəbulları davam edir.

Keçidlər