Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı ərazidə Yasamal sakinləri ilə görüşdü

18 iyul 2023 | 16:59

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda iyul ayı üzrə növbəti səyyar görüş keçirilib. Sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 1 saylı Tibb kollecinin akt zalında vətəndaşlarla görüşüb. Görüşdə Yasamal rayonunun sakinləri, həmçinin rayon icra hakimiyyətinin məsul şəxsləri, Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Yasamal Bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.Sakinləri salamlayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov  “Heydər Əliyev ili” çərçivəsində rayonda görülən işlər və həyata keçirilən silsilə tədbirlər barədə geniş məlumat verdi. İcra başçısı həmçinin qəbullar və vətəndaş müraciətlərinin operativ həllinə dair statistika ilə bölüşdü və bildirdi ki, müraciətlərin əksəriyyəti öz müsbət həllini tapır. Qəbulda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında ölkədə aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi.  Daha sonra isə sakinlərdən qarşılaşdıqları problemlər barədə ətraflı danışmağı xahiş etdi.

Söz alan vətəndaşlar istismar müddəti bitmiş və sökülən evlərə görə kompensasiya, yanğın nəticəsində zərər çəkmiş binanın təmiri, incəsənət xadimlərinin mənzil növbəsi, Birinci Qarabağ müharibəsi veteranlarının işlə təmini, Sovetski kimi tanınan ərazidə yeni söküntünün mümkünlüyü, rayonda kanalizasiya xəttlərinin mövcud durumu, qurumuş agacların budanması, qonşular arasında fərdi tikintiyə görə mübahisələr, qəyyumluq və digər məsələlərlə  bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər.Qəbulda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına geniş şəkildə cavablar verdi.Bir sıra problemlərin həllinə dair RİH əməkdaşlarına birbaşa göstərişlər verildi.Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənildi, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.

Görüş sakinlər tərəfindən razılıqla qarşılandı. Sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri də yüksək qiymətləndiriblər, ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu xoş sözlər ifadə ediblər.

Keçidlər