Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Başçısı Elşad Həsənov sakinləri qəbul edib

25 iyul 2022 | 10:20

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bir qrup rayon sakinini RİH-in inzibati binasında qəbul edib. Keçirilən bu görüşdə Yasamal RİH başçısının müavinləri, RİH aparatının şöbə müdirləri və məsul şəxslər iştirak etdilər. Qəbulda iştirak edən Yasamal rayon sakinləri həm fərdi, həm də kollektiv müraciətlər əsasında qəbul edilib. Onar MTK-ların fəaliyyəti, mənzillə təminat, sosial və maddi yardım, qəzalı evlərin və liftlərin təmiri, sənədsiz evlər problemi, tikinti normaları və bir sıra sosial məsələlər səsləndirdilər.

iki saata yaxın davam edən qəbulda İcra başçısı Elşad Həsənov sakinləri dinlədi və vətəndaşların suallarına ətraflı şəkildə cavab verdi. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı qaldırılan bir sıra sosial xarakterli problemlərin həlli iləbağlı göstəriş verdi. Həmçinin hüquq şöbəsinə vətəndaşlara ətraflı şəkildə hüquqi yardım göstərməyi tapşırdı. Yasamal Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq vətəndaşlarla görüş və qəbulları davam edir.

Keçidlər