Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı dünya çempionu olmuş Yasamal şahmat məktəbinin yetirməsini qəbul edib

02 noyabr 2022 | 13:30

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şahmat üzrə gənclər arasında dünya çempionatının qalibi Gövhər Beydullayevanı qəbul edib. İtaliyada keçirilmiş dünya birinciliyində  çempion adını qazanmış Gövhər Beydullayeva Yasamal rayonunun sakini və Yasamal şahmat məktəbinin yetirməsidir. İcra başçısı Elşad Həsənov gənc şahmatçını Azərbaycanı beynəxalq arenada yüksək səviyyədə təmsil etdiyinə görə təbrik edib və ona gələcək yarışlarda yeni nailiyyətlər arzu edib.

Öz növbəsində gənc şahmatçı Gövhər Beydullayeva son uğurunun cənab Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğısı nəticəsində mümkün olduğunu minnətdarlıq hissi ilə bildirdi.

Keçidlər