Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev irsinin layiqli davamçısı

22 dekabr 2022 | 15:08

Bu gün Yasamal rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinə həsr edilmiş tədbir keçirilib. Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatında “Heydər Əliyev irsinin layiqli davamçısı” mövzusunda baş tutan tədbirə Yasamal Rayon İcra Hakimiyyəti Başçısı, YAP Yasamal rayon təşkilatının sədri, Milli Məclisin deputatları, ali təhsil müəssələrinin rektorları, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri qatılıb.

Əvvəlcə tədbir iştirakçıları tərəfindən YAP Yasamal rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu fəaliyyətinə həsr olunmuş kitab sərgisinə baxış keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirdi ki, Azərbaycan Prezidenti 19 illik hakimiyyəti dövründə tarixi işlərə imza atıb və bu gün onun rəhbərliyi ilə ölkəmiz beynəlxalq aləmdə öz layiqli yerini tutub.

Daha sonra tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov cənab Prezidentin hakimiyyəti illərini Azərbaycan üçün zəfər və uğur dövrü kimi səciyyələndirdi. Qeyd olundu ki, cənab Prezdentin 19 illik fəaliyyətinə nəzər saldıqda bir çox tarixi nailiyyət barədə danışmaq olar: ölkədə aparılan köklü islahaltlar, böyük regional layihələr, ölkədə sabitliyin qorunması, iqtisadi artım və sairə. Amma heç şübhəsiz cənab Prezidentin ən böyük nailiyyəti işğal edilmiş torpaqlarımızın azad edilməsidir. Milli yaddaşımıza da o, məhz bu cür düşüb: torpaqlarımızı azad edən Prezident. 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsi zamanı xalqımız cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdi. Bu birlik nəticəsində yaranan Dəmir yumruq düşmənin başını əzdi və biz öz tarixi torpaqlarımıza qayıtdıq.  Bununla cənab Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirdi! Torpaqlarımız erməni işğalından azad edildi!

Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Milli Məclisinin deputatı Elnur Allahverdiyev Prezident İlham Əliyevin hakimiyyəti illərini böyük nailiyyət və tarixi qələbələr dövrü kimi səciyyələndirdilər.

Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətindən bəhs edən filmin nümayişi ilə müşaiyət edildi və bədii hissə ilə başa çatdı.

Keçidlər