Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev ili” çərçivəsində Yasamal rayonunda növbəti agacəkmə aksiyası

18 mart 2023 | 14:25

Ölkəmizdə qeyd edilən “Heydər Əliyev ili” çərçivəsində Yasamal rayonunda növbəti agacəkmə aksiyası keçirilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, yerli idarə və təşkilat təmsilçiləri, Yasamal bələdiyyəsinin və rayon ictimaiyyətinin nümayəndələri fəal iştirak etdilər.

Agacəkmə aksiyası İlahiyyat məscidinin yaxınlığındakı ərazidə baş tutub. Aksiya zamanı Eldar şamı, sərv, tuya, akasiya və digər növ ağaclar əkilib, ərazidə abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Aksiya zamanı həmçinin ərazidə daha öncə əkilmiş ağaclar suvarılıb, taxta dirəklərlə möhkəmləndirilib. Aksiyanın keçirilməsində məqsəd Yasamal rayonunda yaşıllıq əraziləri genişləndirmək, ekoloji tarazlığın bərpasına nail olmaq, ətraf mühitin qorunmasına kömək etmək və ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

Keçidlər