Şriftin ölçüsü :

Saytın rəngi :

Elşad Həsənov bir qrup rayon sakinini qəbul edib

18 aprel 2022 | 12:56

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bir qrup rayon sakinini qəbul edib. Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri də iştirak ediblər.

Qəblulda iştirak edən vətəndaşlar onları narahat edən problemlər barədə söz açıblar. Sakinləri narahat edən mənzil növbəsi, qəzalı evlər, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mülkiyyətin sənədləşdirilməsi və bir sıra sosial məsələlər olub. İcra başçısı sakinləri narahat edən bu kimi mövzularla bağlı onlara ətraflı məlumat verib. Sakinləri narahat edən problemlərin müsbət həlli ilə bağlı müvafiq struktur rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verildi.

Keçidlər